Əşrəf Veysəlli - “ SARI BÜLBÜI”
Yar könlünü verdi xara,
qəlbimizi çəkdi dara.
Mənim günüm oldu qara,
sənin köksün sarı, bülbül.
Dillərdədir adın- sanın,
nəğmələrdir ruhun, canın.
Oxu, oxu! Tarçalanın
yandı barmaqları, bülbül.
Ürəyimdə gül açdı qəm,
dodağımda dil açdı qəm.
Mən gözləri neyləyrəm
görməyirsə yarı, bülbül?
Sən hər işi bilə- bilə,
dərdimizi çəkdin zilə.
Ürəyimi nəğmən ilə
gəl ovundur barı, bülbül.
Dilə- dişə düşdü adım,
istəyimə necə çatım .
Mən yarımdan yarımadım,
sən yarından yarı, bülbül.
1971- ci il.