Bəhram Bilaloğlu - Kimsə alqış deməz lovğa kəslərə

Ədəbiyyat 10:19 / 24.04.2026 Baxış sayı: 1302

Kimsə alqış deməz lovğa kəslərə,

Ucalmaq istəyən təvazö etsin.

Səmadan ələnən yağış misali,

Torpağa dikilsin, zirvəyə getsin.

 

Zirvədə tək qalan Allahı gördüm,

Qalan nə vardısa yerə yıxıldı.

Düzü söyləyənə kəm baxanlarım,

Haqqın adamına dedi, paxıldı.

 

Dedilər, düzəlməz bu dünya belə,

O deyən adamlar pozdu nizamı.

Özündən kiçiyə salam verənlər,

Qorudu, saxladı haqqı mizanı.