Emin Piri - Bir az çətindi yaşamaq
Bir az çətindi yaşamaq,
bir az asandı,
dərd çəkək.
Bir az yolüstü oturaq,
Allah yolunda xərc çəkək.
Ürəyin sızlar hardan?!
Orda o qızlar hardan?!
Yenə allahsızlardan,
Gedək bir az borc çəkək.
Kimisi filan-filandı,
kim fırladı,
kim dolandı.
Kim haqlıdı,
kim yalandı?!
Gedək
Allahnan mərc çəkək