Elnur  Uğur - Ay qapımı döyən...

Ədəbiyyat 20:19 / 14.06.2026 Baxış sayı: 238

 

Ay qapımı döyən,

Yoxam,evdə yoxam.

Dünən çıxanam,

Hələ də qayıtmamışam.

Döymə bu sahibsiz evin qapısını,

Dəstəyini görmürsənmi

Təzə geyinib toz libasını.

Çağırma əks- səda verir səsin,

Diksinir pəncərələrdə əksin.

Ay qapımı döyən

Qayıt,

Mən qayıdanda gələrsən