Elnur  Uğur Abdiyev - Gərəkdir

Ədəbiyyat 17:00 / 16.02.2026 Baxış sayı: 345

 

İlahi, gözlərdə bu qədər nəm var,

Bu yağan yağışlar nəyə gərəkdir?

Xəyal məhəccəri sürüşkəndi bax,

Əllərdən tutmağa yiyə gərəkdir.

 

Yerdən göyə çatmır bu göz yaşları?

Üzləri dağıdır bu su daşları.

Az qurban kəs daha bu yağışları,

Bir qurban da bizdən göyə gərəkdir.

 

Hey, qurban olduğum ,babam babası,

Yanmır əvvəlkitək ömrün sobası.

Boşadır yağışın, qarın çabası,

Yerdə yersiz yerə yiyə gərəkdir.