Bəhram   Bilaloğlu - Qarış-qarış toplamışam

Ədəbiyyat 13:04 / 16.02.2026 Baxış sayı: 478

Qarış-qarış toplamışam,

Ötən günü,ötən ayı.

Zaman vurub kürəyimdən,

İtirmişəm ili, sayı.

 

Arxa dayaq sandıqlarım,

Özüm qədər andıqlarım.

Halına min yandıqlarım,

Göl bilmişəm,axan çayı.

 

Qəddimi əyməz qürurum,

Aman verməz məzlum vurum.

Gəl yolumu sənlə burum,

Burulğandan keçər payı.

 

İmtahandı keçdiyim yol,

Sabahıma açar yüz qol.

Əziz dostum,sən özün ol,

O sabahdan vurar yayı.