Əlizadə Nuri - .O qız batan gəmi kimi

Ədəbiyyat 12:21 / 16.02.2026 Baxış sayı: 521

Ömür- yanmış zəmi kimi

Su çəkən kağız kimiyəm,

Gəzdirirəm can yerinə.

Günəş deyil, bəlkə qandı

 

Yığılıbdı dan yerinə?!

Məni sevgi fəsli çəkir,

Göy üzünün qəsri çəkir...

O kimdi eşq rəsmi çəkir

 

Sinəmin kətan yerinə?

Ömür- yanmış zəmi kimi,

Su basmış zirzəmi kimi...

...O qız batan gəmi kimi

Dönmədi liman yerinə...