Aləmzər Sadıqqızı - Qorxuram Saranı sellər apara...

Ədəbiyyat 18:21 / 16.02.2026 Baxış sayı: 368

 

Deyirəm əzizim, gəl bircə dəfə,

Oturaq üz- üzə susaq , ayrılaq.

Gözlərinlə danış, olub bitəni,

Bilim ki, bu sevgi yasaq, ayrılaq...

 

Əllərin söyləsin sevmədiyini,

Son dəfə alnımdan öp gülə-gülə

Sonra da üzr istə göz yaşlarımdan,

Dönsün sinən üstə çiçəyə, gülə...

 

Baxma gözlərimə, çevir üzünü

Gözlərin qal deyər, qala bilərəm.

Bir ömür gözümə yığdiqlarımı ...

Sənsiz, gözlərimdən sala bilərəm...

 

Görsəm ki, əllərin, gözlərin susur,

Görsəm ki, ürəyin susur barışmır...

Gotürüb özumü geriyə dönnəm,

Görsəm ki,.ruhuna ruhum qarışmır...

 

Bir ağ gün görmədim gözəl dünyada...

Bu dünya beş günmüş beşi də qara,

Ömür sellər kimi çağlayıb gedir...

Qorxuram Saranı sellər apara...

16.2. 2025.