Elnur Uğur Abdiyev : - Ən ağrılı həqiqətdi ölüm
Ən ağrılı həqiqətdi ölüm
Hamımız həqiqəti sevirik əslində.
Bəzən sevdiyin də
Ağrılarını gizlədir hər üzündə.
Ölümü sevən varmı bir nəfər?
O zaman həqiqəti dərk etməyənlər
Çıxarıblar bu sözü.
Aldadırıq özümüzü
Həqiqəti sevirik.
Yəqin həqiqəti sevirik deyənlər
Özlərinə sərf etdiyinin olduğunu istəyənlərmişlər.
Biz yalanların adamıyıq adam.
Yalanlarla uyumuşuq.
Uşaqlığımız nağıllarla,
Gəncliyimiz qadağalarla,
Yetkinliyimiz yetə bilmədiyimiz qatarda getdi.
Bu da bir yalan idi yaşadıq
Adına kimsə Gün dedi
Kimsə nə isə.
Mən bir Gün görmədim ki...
Adına Gün deyəm bu yalanın
Olanım, olmayanım.
Mənim deyilsə,
Mənm həqiqətim ən böyük yalandı.
Ən ağrılı həqiqət ölümdü,
Ölüm...
Qəm eləmə,gülüm!
Ölüm aşiqin vüsalıdı.
Vüsal elə şirindi ki,
Acılar unudulur
Elə gözəl yalanlar doğulur
Ölüm onun yanında yalan olur.