Kimdi bu adam ,niyə heykəl qoyublar ??? - İradə Tuncay yazır

YAZARLAR 13:20 / 13.01.2025 Baxış sayı: 576

Gürcüstanda olanlarınız çoxdu yəqin. Orda küçə adlarının ,ümumiyyətlə ünvanların necə yazıldığına da diqqət eləmisiz yəqin...Əksər hallarda öz əlifbaları ilə yazırlar. Hamı gürcü əlifbasın bilmir və bilməyə də borclu deyil...

Təxminən 12 il əvvəl Tiflisdə ,bir parkda heykəlin gördüm və maraqlandırdı məni ...Əlifbanı oxuya bilmədim və ətrafdakı insanlardan soruşdum...Kimdi bu adam ,niyə heykəl qoyublar ??? Bilmədilər...Nəzərə alsaq ki,hələ sovet dövründən çox uzaqlaşmamışdıq...Bir oğlana dedim oxu və ifadə et. Bəlkə tanıyıram??? Dedi Georgi Leonidze yazılıb--deyəsən müharibə iştirakçısıdı...Dedim həə--mən tanıyıram...Bizim Səməd Vurğun kimi... Şairdi...Yadımdadır ,mən məktəbdə oxuyurdum --atam və anam onun 100 illik yubileyinə getmişdilər.Xatırlayıram..

Sovetin belə xasiyyətləri də vardı da,şairə yubiley keçirirdi,heykəl qoyurdu..

İndi öz əlifbasını qoruyur guya ,amma tanımırlar ...

Niyə yadıma düşdü ???

Bizim qız post yazmışdı --məşhur aktyorumuzun adına küçə qoyublar,əbədiləşdiriblər..

Şərh yazdım ki,aktyor onu xatırlayanlar olduqca yaşayır...

Bu adamlar isə hər il azalır. Nə qədər böyük aktyorlar olub tutalım 100 il əvvəl. Tanıyırıq??? Böyük olublar təbii...Amma biz görə bilməmişik. Rəssamı ,yazıçını,bəstəkarı tanımaq olar...Aktyor bu mənada əbədi ola bilmir...Zamanı azdır...

Gördüm anlaşılmadım...

Sildim şərhimi