ƏDƏBİYYAT-ƏDƏBİYYAT OYNAMAQ yazdı Kəramət
Olmamaqdansa, nəsə olmaq bir anlam daşıyır. Vaxtıkeçmiş, zərərli-zəhərli qidalar kimidi geridə qalmış duyğu-düşüncə bədiyyatı. İndi kimsə "Gizlən-tap", "Toraldıqaç", "Ənzəli" oynamır, yeddinci əsrin əfsanəsi üzərinə yazılan "Leyli və Məcnun" kimi sevmir (əslində real münasibətlə uyuşmur-ironiya doğurur), heç kinoya, teatra getmir (hansı səbəbdənsə)...əvəzində ədəbi mənzərə, zahirən başqa qılıfa bürünsə də, bataqlıq misalında xoş bir batışın işarəsidi.
Avropada qəhrəmanlıq xülyasının gətirdiyi tragikomik SON- "DonKixot" obrazında, həm də k e çi d mahiyyətindəydi. Biz baxışımızdakı "Leiyli-Məcnun" bataqlığından, yanaşma saxtakarlığından qurtulamadıq. Gercək həyat ədəbiyyata nüfuz edəmədi, özümüzü-ətrafımızı ədəbiyyat nağıllarıyla, falçı yanaşmasıyla aldatdıq və buna davam etməkdə məmnun görünürük. İnsan-Obraz da özüylə baş-başa qalıb düşünməli (əgər düşüncə varsa), iziylə üz-üzə qalmalıdı. Bu hadisənin baş verməməsi üçün səni-məni düşünməyə qoymadılar, ədəbidüşüncəsizlik anlamsız-anlaqsız oldu..hələlik, bu qədər