Pərvanə Bayramqızından MARAQLI AÇIQLAMA
Müəlliflər kitablarının sayı ilə öyünürlər. Deyirlər, 10 kitabım, yaxud 20 kitabım çap olunub. Mənə aydın olmur, həmin kitabların hamısında yeni mövzular yer alır? Bir kitabdakı material digərində olmur? Əgər yazanın cəmi-cümlətanı 30 mətni varsa, bunu hər il müxtəlif ad, müxtəlif cildlə yenidən çap etdirirsə, nəyi yeni kitab olur? Bu sadəcə, say artımıdır. Yazıları yeni adla təqdim etməyin faydası nədir? (Təkrar nəşrə zərurət yarandığını nəzərdə tutmuram)
Məsəlçün, mənim altı kitabım çap olunub. Beşi bir-birindən fərqlidir. İçindəkilər hamısı ayrı-ayrı mətnlərdir. Sonuncu kitabım hekayələr toplusu olduğundan yalnız oraya əvvəlki kitablardakı bəzi hekayələr təzədən salınıb. Bir-birindən fərqli kitablardır. Yəni təkcə sayca artmayıb, məzmun yeniliyi ilə altıncıdır.
Otuz eyni mətni təzədən çap etdirmək oxucuya yox, kəmiyyətə işləməkdir.
On şeiri əlli kitabda görməkdən yorulduq.
Yeddinci kitabım da yeni yazılardan ibarət olacaq.
Ondan sonra indiyədək yazdıqlarımı mövzular üzrə qruplaşdırıb çap etdirəcəm. Sayını sonuncu kitabla ölçməyəcəm.
Elə "yeddi kitabım var" deyəcəm