Emin Piri : - 44 günün 44 yaşı

YAZARLAR 09:06 / 13.01.2025 Baxış sayı: 589

 

Tale elə gətirdi ki, Sumqayıtda yaşasaq da, dəfələrlə telefonla görüş planlasaq da görüşə bilmədik. Düzdü, səbəb mən tərəfdən olsa da.

Nəhayət, 2020-ci ilin sentyabrında Sumqayıtda zabitlərin düzülüşdə canlı tanış ola bildik. Bir az eqolu halda; siz Vüsal Hətəmovsunuz? Mən Emin Piriyəm-dedim.

Beləcə, ünsiyyət başladı. Amma bir neçə dəqiqəlik. Çünki elə bir gün sonra Füzuli-Xocavənd xəttinə göndərildik.

O minaatan batareyasında idi, mən motoatıcı birləşmələrdə.

Müharibə dövründə heç rastlaşa bilmədik.

Yalnız müharibədən sonra, noyabrın sonunda Şuşadan Cəbrayılın Daşkəsən kəndinə, toplanışa gələndə onu axtardım. Tapa bilmədim. Dedim, yəqin ya şəhid olub, ya da hospitaldadır.

Sonradan öyrəndim ki, o da məni axtarıb, tapa bilməyib. O da eynisini düşünüb.

Yalnız döyüşçü dostumuz İlham Tumas vasitəsiylə bir-birimizin sağlığı haqqında məlumat öyrənə bildik. Onsuz da İlham abi bir çox məsələlərdə ortaq dəyər olub çoxumuza...

Dost kimi danışanda adətən halal adam deyirəm Vüsala. Təkcə əmələ görə deyil, elə sözlərinə görə də.

Hə, bir də ümid dolu sözləri var.

Ümidin də halalı, haramı olur...

"44 günlük"də başlayan dostluğu Vusal Hetemovun 44 yaşının tamamında qeyd etdik.

2023