Arzu  Hüseyn : - 37- nin şeiri.

Ədəbiyyat 23:10 / 12.01.2025 Baxış sayı: 505

 

Bütün qorxularım sənə boyandı,

Hamı cəzalandı sənin yerinə.

Pozdum öz-özümə verdiyim andı,

Baxdım ki, düşmüşəm yenə əlinə,

 

Baxdım ki, bir ovuc su qalmamışam.

Alışdım həsrətə, dərdə alışdım,

Qəramət yuxudan çıxmışam dedim.

Sən demə, hələ də oyanmamışdım,

 

Sən demə, hələ də yuxuda idim.

Baxdım ki, bir ovuc su qalmamışam,

Baxdım ki, bir tikə can da deyiləm.

Yığılıb, kiçilib zərrə olmuşam,

 

Daha qismətimdən qaçan deyiləm.

Yağan yağışlardan dəniz olmaram,

Coşmaz dalğalarım fırtınalarda.

Bir dağın döşündə nərgiz olmaram

Üzünü göylərə tutan, baharda.

 

Bax gör ki, bir ovuc su qalmamışam,

İlahi, su olsam bulaq olsaydım…

İlahi, bu ömrü təzə yaşayan,

Həminki, o məsum uşaq olsaydım…

 

Sən ki, qüdrətinlə zülmə çətirsən,

Kimi qorumusan, kimi, İlahi?

Əgər bu dünyaya birdə gətirsən,

Bir ovuc su elə məni İlahi…

Bir 1 nəfər, eustoma gülü və pion şəkili ola bilər