Əlizadə Nuri : - Sevgi dərsi

Ədəbiyyat 15:27 / 17.10.2024 Baxış sayı: 413

 

Sevgi yazdırmasa, qələm də yazmaz,

Nə olsun yazmağa bir az təbim var.

Səni unutmaqçün tək bir səbəb de

Səni sevmək üçün yüz səbəbim var.

 

Eşq elə yaradı, yeri qalmalı...

Biri sağalanda, biri qalmalı.

Min dəfə ölsən də, diri qalmalı-

Mənim də sevgidə belə dəbim var.

 

Qoymaram o mizrab hər simə gəlsin,

Kim dedi bu gələn tərsinə gəlsin?

Sevmək istəyənlər dərsimə gəlsin-

Haçandı mənim də bir məktəbim var.