Gəncədə yubiley  tədbiri

MƏDƏNİYYƏT 09:55 / 10.10.2024 Baxış sayı: 3424

İMAM CƏMİLLİ 70

Bu günlərdə  Gəncə İcra Hakimiyyətinin dəstəyi, Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin və AYB Gəncə Bölməsinin təşəbbüs və təşkilatçılığı ilə şair, yazıçı, publisist, qazi İmam Cəmillinin 70 illik yubiley tədbiri   Mədəniyyət İdarəsində keçirildi.
Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Baş məsləhətçi  Elşad Əliyev İcra Başçısının adından İmam Cəmilini təbrik edərək, xoş sözlərini ona çatdırdı.
AYB Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül xanım tədbiri açaraq Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. O, İmam Cəmillinin ömür yolunun 70, yaradılıcılığının 50 illiyindən danışdı, AYB Gəncə Bölməsinin ürək sözləri yazılmiş “Yubiley qovluğu” və təzə gül dəstəsi ilə təbrik etdi.
Yubiley tədbirinin aparıcısı Aida Abdullayeva yubilyarı təbrik edib, sözü tədbir iştiraçılarına verdi.
Şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Fərruxə Umarova, Zahir Şirani, İlham İnam, Həsən Göyçəli Tofiq Əmrahov, İlqar Müzəffər oğlu, Xansuvar Həsənov İmam Cəmilli haqqında ürək sözlərini söylədilər. Eltun Türkel İmam Cəmillinin sevdiyi bir şeiri ilə onu salamladı. Səlbi Baxış yubilyara həsr etdiyi şerini oxudu.
ADU-nun tarix kafedrasının dosenti Hüseynov Fəxrəddin, həmçinin  Ümid Partiyasının sədr müavini çıxış edərək Partiya sədri İqbal Ağazadənin yubilyara və tədbir iştiraçılarına salamını yetirdi. Ümid Partiyası Gəncə  şöbə müdiri Salman İmanlı , həmçinin  Gəncə şəhərinin  dəyərli ziyalıları  tədbirin səbəbkarına  ürək sözlərini söylədilər.
Tədbirdə aşıq və musiqi dəstəsi yubleyin daha rəngarəng keçməsinə səbəb oldu. İmam Cəmillinin nəvələri babalarının şeirlərini əzbər söylədilər.
İmam Cəmilli yubiley tədbirinin sonunda əməyi keçən hər kəsə təşəkkürünü bildirərək yeni şeirlərini oxudu.
Sonda İmam Cəmillinin kitablarından ibarət sərgiyə baxıldı və xatirə şəkili çəkildi.

Redaksiyadan : -  Biz də fəal oxucumuz  və  yazarımız  olan İmam Cəmillini 70  yaşı  münasibəti ilə təbrik edir, ona  can sağlığı  və yaradıcılıq  uğurları  arzu edirik.