Əbülfət Mədətoğlu : - Gözlərimin

Ədəbiyyat 09:31 / 14.10.2024 Baxış sayı: 1611

 

Bulaq kimi qaynayır qəm

Gözlərimin lap dibində...

Mən bu qəmdən olanda dəm -

Gözlərimin tap, dibində!..

 

Axşamı da səhər elə

Kimdi deyən qəhər, elə?!.

Sən sevinci kəhər elə -

Gözlərimin çap , dibində!..

 

Gözün gəzir gündə, kimi?

Mən inancda, dində kimi?!

Son ümidi kündə kimi -

Gözlərimin yap, dibində!..