Kəramət : - UZAQDAN İDARƏ OLUNAN İNSANLAR

YAZARLAR 09:05 / 17.10.2024 Baxış sayı: 492

...süni zəka, robotlar, cihazlar deyil müəyyən məsafədən idarə olunan. Təkcə silahlar deyil. Canlılar da idarə olunur; Əgər milçəyin üzərində uğurlu təcrübəni nəzərə alsaq, deməli, insan da kiminsə əlindəki pultla idarə olunur. Adi məntiqdi. Toplumlar da. Hadisələr quraşdırılır, toplumlar hərəkətə keçirilir, hesablanmış nəticə hasil olunca, "söndür" düyməsi basılır.

Hadisələrin iştirakçıları elə düşünür ki, öz iradələriylə hərəkət edirlər, sonralar bunların tam tərsi ortaya çıxıncaya qədər.

Bədi düşüncə də geriyə hərəkət etdirilir; Hamı içində olduğu maşının geriyə getdiyini bilmir, axı hərəkətdə, tədbirdə, mükafatdadı və bununla qidalanır.

Bədən-Ruh- Düşüncə biri-birindən ayrılıb. Hər şey parçalana-parçalana getdiyi sürəcdə İnsan tam-bütöv qala bilməz və qalmır da.

TƏNALAŞMA-TƏKLƏNMƏ-ÖZÜNƏQAPILMA İNSTİNQQİ BU SƏBƏBDƏN GÜCLƏNİR. Ulus dövlətlərin gözlənilən son çöküşü də.

Mövzu bıqdırıcıdı və adamqorxudandı və əslində, özüm qripfasonam, davam etmək istəmirəm.

Hörmətli Carlz, indiki məsələylə əlaqəsi yox sənin təsbitinin, ya da görünən-göstərilən tərəfə baxmıısan, baxırıq.