Əlizadə Nuri - Olsun

Ədəbiyyat 20:44 / 13.12.2025 Baxış sayı: 1904

Gülə verdim adını

Günah var ki çəkilməz,

Lap çəki daşın olsun.

Mənim dostum o ağac

Sənin qardaşın olsun.

 

Uçma, qibləm qadını-

Yorarsan qanadını.

Gülə verdim adını

Dedim, adaşın olsun.

 

Dən tutub, dəndə ölsəm,

Batıb dərində ölsəm,

Sənin dərdindən ölsəm,

Qəbrim üstə qoymağa

Bir cüt göz yaşın olsun...