Əlizadə Nuri : -Nədir?..
Ədəbiyyat
15:48 / 18.04.2025
Baxış sayı: 2235
Vallah belə gözəl olmaz,
Yuxudu gördüyüm, nədir?
Əgər əllərim deyilsə
Saçına hördüyüm nədir?
Bu Zəncandı, Marağadı,
Sən toy, mən də mağar adı.
Bu evdi, ya mağaradı-
İçinə girdiyim nədir?
Vursun məni- əgər haqsa,
Ölməyibsə- hələ sağsa.
Bu özgəylə yaşamaqsa
Səninçün öldüyüm nədir?..