Əlirza HƏSRƏT : - NECƏ OLUR DARIXMAQ

Ədəbiyyat 14:37 / 13.09.2025 Baxış sayı: 2077

 

Darıxmağı mənə yaraşdıran dost,

Bilirsənmi necə olur darıxmaq?

Ürəyimə musra-misra yığılıb,

Hər kəlməmdə heca olur darıxmaq.

 

Günəş bizi qar güzgüdən siləndə,

Baxıb gördük ta gələn yox bu kəndə.

Tələsirdim sənə sarı gələndə,

Nə gözəlmiş qaça-qaça darıxmaq.

 

Gözüm yolda yarı acdır,yarı tox,

Çiçəkləyib sinəmdə hər dəyən ox.

Bu oyunda uduzmaq yox,udmaq yox,

Beləcə heç-heçə olur darıxmaq.