Ələddin Əzim : - BİR DƏ GÖRDÜN...

Ədəbiyyat 09:08 / 17.03.2025 Baxış sayı: 577

 

Ələkbər Salahzadəyə

"Bir də gördün fotodu adam",

Bunu

hardan bildin deyə,- soracaqsan?

Çevrilmədən arxaya

gedəcək, gedəcəksən.

Çox boylanma irəliyə, qabağa,

bir də gördün dənizsən.

Çox da qovma qaçanları, uçanı,

Bir də gördün tənhasan, kimsəsizsən .

Bax o daşdır, o qayadır, o dağdır,

bir də gördün heç nə yoxdur.

Səma çökdü, ulfuz axdı,

fikirlərin yoxa çıxdı, dağıldı.

Bir də gördün

dünua həmin dünyadı.

Bizimləsən, birgəsən.

Foto yoxdu, dipdiricə özünsən,

yol gedirsən, harasa uzaqlara.

Bu günkü tək haçansa

yanımıza, geriyə qayıtmağa...

15. 03.2025.