Elnur Uğur Abdiyev  - Arzum

Ədəbiyyat 15:50 / 01.03.2026 Baxış sayı: 360

 

Heç bir ana gözləri,

Qəm yüküylə dolmasın.

 

Dünya sülhə bürünsün,

Müharibə olmasın!

Əllərdəcə bombalar,

Qoy intihar eləsin.

 

Güllələr sussun daha,

Qoy sevgilər gülləsin!

Diksinməsin danımız,

Bombaların səsindən.

 

Quş səsləri batmasın,

Analar naləsindən.

Bombalar daşımasın,

Döyüş təyyarələri.

Qoy adamlar daşısın,

Dönüş təyyarələri.