Əbülfət Mədətoğlu - Telefon  xətti

Ədəbiyyat 08:25 / 10.09.2025 Baxış sayı: 5944

Bu  gecə asılmışam

telefonun bir  ucundan...

mən  cəzamı  çəkirəm -

ömrün hansı suçundan?!.

 

Səsim ünvana  çatmır

sözüm ilişir  xəttə...

Bu  ara  nida  gəzir-

gözüm  hansısa  bənddə...

 

Yaşadığım həyacan

tündləşdirir  gecəni...

Allah  yerdən Ayacan -

duyur,  candan  keçəni!

 

Ulduzların  bürküsü

təlaşıma   şeh  səpir...

Səsi qırılan  ürək -

sübhə  təzə  xətt çəkir...