Dənizdə batan şəxs sualtı idman növü ilə məşğul imiş - YENİLƏNİB
Pirallahı rayonu, Dübəndi çimərliyində batan Mikayıl Mirzəyev sualtı idman növü ilə məşğul imiş.
Yenises.az xəbər verir ki, onun ən yaxın xilasetmə məntəqəsindən beş kilometr məsafədə, nəzarət olunmayan ərazidə batdığı bildirilir.
1979-cu il təvəllüdlü M.Mirzəyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.