BÖYÜKXAN PƏRVİZDƏN BİR ŞEİR
Bizim göbəyimiz belə kəsilib,
Qəmə bürünmüşük bələkdən qabaq.
Anamız qorxudub hər ağlayanda,
Cini tanımışıq mələkdən qabaq.
Torpaqdan duymadıq gülün ətrini,
Dostdan uca tutduq yadın xətrini,
Od oğlu! bilmədik odun qədrini,
Söndü ocağımız küləkdən qabaq!
Bu da bir ömürdü axırı yoxdu,
Papağı gedənin abırı yoxdu,
A bala, fələyin taqsırı yoxdu,
Biz elə beləydik fələkdən qabaq!!!!!!!!