Bayramov Hakan Fidanı təbrik etdi

SİYASƏT 17:02 / 04.06.2023 Baxış sayı: 1763

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanı Türkiyənin yeni xarici işlər naziri təyin olunması münasinətilə təbrik dib.

Bu   paylaşımı  C.Bayramov Tvitter hesabında  edib.

"Qardaş Türkiyənin yeni xarici işlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram!

Azərbaycan Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm", - C.Bayramov bildirib.

Qeyd edək ki, ötən gün Hakan Fidan Türkiyənin XİN rəhbəri təyin olunub.