ARZULANAN GÖRÜŞ
jpg-1744278964.jpg)
Mahmudlu-2 kəndi Füzuli rayonunun qəhrəman kəndidir. Qələbə gününə kimi kənd sərhəd nöqtəsi idi. Birinci Qarabağ savaşının 30 ilin ağrı-acısını yaşayıb kəndin sakinləri. İndi kənddəki Qeyrət İbişov adına tam orta məktəbin şagirdləri olan uşaqlar güllə səsləri ilə böyüyüb, İkinci Qarabağ haqq savaşının döyüşçülərini yola salıb, şəhidlərini qarşılayıb.
Bu günlərdə Solmaz Məmmədovanın rəhbərlik etdiyi Mahmudlu 2 kənd tam orta məktəbində sevimli, istedadlı şairəmiz Kamalə Abiyeva ilə görüş keçirildi. Şairə özü bu haqda deyir: Savaş zamanı şəhidlər haqda yazılar yazarkən Narınc müəllimə ilə tanış oldum. Ən sadiq oxucum və təbliğatçım olan Narınc müəllimənin sayəsində kənd əhalisi, xüsusilə məktəbin şagirdləri ilə qiyabi tanışlığımız yarandı. Bu sadə bir görüş deyildi.Sevgi, sayğı dolu, müqəddəs bir görüş idi”.
Tədbirdə məktəbin şagirdləri şairənin şeirlərini səsləndirdi, müəllim və şagird kollektivi ürək sözlərini dedi. Kamalə xanım məktəb kitabxanasına və şagirdlərə imzalı kitablarını hədiyyə etdi.
Məktəbin direktor müavini, riyaziyyat müəllimi Narınc Məmmədovanın təşkilatçılığı ilə baş tutan görüşdə Respublika Qarabağ qaziləri İB-nin müşaviri, Şuşa özünümüdafiə könüllü batalyonun komandiri Fəzail Əsədov, Birinci Qarabağ savaşının veteranı döyüşçü-fotoqrav Nərəhməd Vəliyev , İkinci savaşın 2500-dən artıq şəhidin son yatağını hazırlamaqda xüsusi əməyi olan Səmərqənd Bayramov iştirak edirdi.


