Arzu  Əsəd : -  Harda bu nəğməni eşitsən

Ədəbiyyat 11:43 / 02.08.2025 Baxış sayı: 2001

Harda bu nəğməni eşitsən

donacaqsan,

elə durduğun yerdə çəkəcək səni xatirələr,

anacaqsan.

Adamlar keçəcək yanından,

kimi baxıb güləcək,

kimi "olur" deyəcək,

sən başqa dünyalarda,

sən çox-çox uzaqlara dalğın,

bu qədər adam içində tənha-tək...

Birdən nəğmə kəsiləcək,

sən şaşqın, sən durğun,

baxacaqsan soluna-sağına,

sonra gülümsəyərək

çıxıb gedəcəksən qayğılarına.