Arif Babayevlə vida mərasimi keçirilir - YENİLƏNİB

MƏDƏNİYYƏT 12:45 / 01.08.2025 Baxış sayı: 2900

Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.

Mədəniyyət Nazirliyindən   Yenises .az-a verilən məlumata görə, mərasim saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Daha sonra xanəndə Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. Avqustun 1-i səhər saatlarında vəfat edib.