Xanım İsmayılqızı - Nə ürəklə, nə göz ilə pəncərən də döyülmür
Ədəbiyyat
21:00 / 15.03.2026
Baxış sayı: 243
Nə ürəklə, nə göz ilə pəncərən də döyülmür,
Hisslər sözlərə yüklənib qulağına deyilmir.
Pıçıltılar yoxa çıxıb, keçmişə çatıb qalıb,
Gələcək əlli-ayaqlı yuxuya batıb qalıb.
Ulduzun göydən əl üzüb, axıb gedib harasa,
Arzular da istəmir ki, budağından bar asa.
Qalan ruhlar gedənlərin arxasınca su atmır,
Allah hər ağlayan gözə ölüm yuxusu qatmır.
2023.