Əlizadə Nuri - Gördüm ki bir ağac yox

Ədəbiyyat 21:50 / 15.03.2026 Baxış sayı: 212

 

Şeir olmaq istədin

Səni söz-söz topladım,

Dedim bəlkə yaratdım.

Gördüm tək darıxırsan

 

Bir düşərgə yaratdım.

Yanırsansa, yaşa, yan,

Bir sevgidə qoşa yan.

...Tək ikimiz yaşayan

 

Təzə ölkə yaratdım.

Bu səhradı, yamac yox,

Burda bizə əlac yox.

Gördüm ki, bir ağac yox

Özüm kölgə yaratdım...