Rafail Incəyurd Ismayilov - NİYYƏT
Allah xalqı düzəlməyən yanlışın
Sağalmayan xətərindən qorusun.
Qoymaz ötə o şeytanlar həddini
Adamı öz qədərindən qorusun.
Düz yeriyib bu yollara gələk tən,
Gərək keçə görülən iş ələkdən.
Yorulanda gileylənmə fələkdən,
Şükr elə ki, betərindən qorusun.
...Hər yaz çıxsın torağaylar qabağa,
Çox yaraşır “cəh-cəh” dolu xor bağa.
İncəyurdun istəyini torpağa
Məhəbbətlə ötürən dən qorusun!
15.03.26