Aləmzər Sadıqqızı - Əsir külək, qopur tufan ...
Ədəbiyyat
09:25 / 14.12.2025
Baxış sayı: 3747
Əsir külək, qopur tufan hər tərəf,
bir qorxulu nağıl deyir divarlar.
Alıb məni ağuşuna aparır,
Bayatılar, oxşamalar, havarlar.
Nə gələn var, nə görən var, nə duyan,
Qorxma, deyir uzaqlardan bir adam.
Sanki hamı o adamın doğması,
Bircə ona mən ögeyəm, mən yadam.
Bir tərəfdən tufan alıb başımı,
Bir tərəfdə bir həsrət var ulayır.
Üşuyürəm yoxluğunun oduna,
Bu qəm məni göz yaşına bələyir.
13.12.2024.