Aida Adıgözəldən   ÖZƏL  ŞƏRH

YAZARLAR 09:05 / 16.01.2025 Baxış sayı: 1477

Qadınlardakı azadlığa heç vaxt tərbiyəsizlik kimi baxmamışam. Sərbəstliyə də əxlaqsızlıq... və əksi də tərbiyəsizlik azadlıq, əxlaqsız davranış sərbəstlik, müasirlik demək deyil. Bu sözlərin anlamı da, davranışı da tamam ayrı məfhumlardır.

Heç birini də fərdin şəxsi əxlaqı anlamında yazmamışam. Ümumi ictimai davranış anlamında deyirəm. Qadınların söyüş söyməsinə, arqo, vulqar dillə danışmasına yəni ictimai mühitdə (şəbəkələrdə, cəmiyyət içərisində) "erkəkləşmiş qadın" obrazında olmasına birmənalı qarşıyam. Əksi olan qadınlar heç də sındırılmış, əzilmiş, zəif qadınlar deyil! Hətta qətiyyən deyil!

Bütün canlıları Yaradan ən şüurlusu insan olmaqla erkək və dişi cinsə ayırmış... biz nə qədər dəyişdirməyə çalışsaq da, hormonlarımız əksini iddia etmək istəsə də anatomik quruluşumuz və cins olaraq missiyalarımız öz hakimiyyətini qoruyub saxlayır. Sevmirəm, istər hormonal təsirdən, istər bilərəkdən erkəkləşmiş qadın obrazını sevmirəm! Bu arada "kişi kimi qadındır" ifadəsinin erkəkləşmiş qadınla heç bir əlaqəsi yoxdur!

İnanın əziz xanımlar, bu nə feministlikdir, nə azadlıqdır, nə müasirlikdir, nə də sərbəstlik!

Özünüzü iki dəfə xaricə çıxıb qayıtmaqla amerikan və Avropa genli, beyinli olduğunuzu düşünməyin. Nə etsəz də doğum evində Əlmədətin qızı kimi qeydə alınmısız...