Aida Adıgözəl : - Sağalın cənablar, sağalın, çünki...

YAZARLAR 10:00 / 03.08.2025 Baxış sayı: 9155

 

Ölkədə problem çoxdu, hədsiz çoxdu. Həm də hər sahədə və bunun günahkarı 98% hakimiyyət deyil özümüzük. Çünki qanunları bilmirik, haqqımızı tanımırıq və qanunları işlətməyi, işləməyə özümüzü, qanunvericiliyi məcbur etməyə ərinirik.

Bir şərqli gedir Qərbə, Avropaya yarım saat torpağında olduğu, heç vaxt tanımadığı, hiss etmədiyi qərb mədəniyyətinə "aşiq olur" və başlayır vətənində orda gördüklərini təbliğ etməyə. Bununla elə bilir ki o qəhrəmandır, zamanı qabaqlayıb, bu təbliğat da cahilliyə" qarşı bir üsyandır. Adam unudur fərqli coğrafiyanın fərqli mədəniyyətin, mentalın daşıyıcısı olduğunu...

Bu müasirlik, cahillikdən qurtuluş yöntəmi deyil, əsla deyil. Biri Ərəbistana gedir göbək rəqsləri və sairə ilə tanış olur gəlir vətənində də bunu yer açıb təqdim edir. Düşünür ki bu yenilikdir, maraqlıdır. Biri İranı sevir oranın çarşabını həm satır həm təbliğ edir, qazanır və cəmiyyəti buna alışdırıb yoluxdurub xəstələndirir. İnsanların bir qismi bu ölkələrə maraqlanıb üz tutur və oradakı bizim yüz ildir yaratdığımız müasir sütunları sarsıdan nə qədər zir-zibil cərəyanlar, yanaşmalar varsa daşıyıb tökür ölkəyə.

Bu ölkəni dəyişmək deyil. Dəyişmək istəyirsən gəl ölkəni o dövlətlərin dünya bazarlarındakı texnika nədir ondan yaxşısını düzəlt, sat, ölkənin neft-qaz sektorundan başqa daha bir neçə yöndə iqtisadi imicini yarat.

Başa düşürəm, deyəcəksiz ölkə bir qrup "maliyyə qəssəblarının" əlində... haqlısınız!

Və biz bunu bildiyimiz halda susaraq qanunların əleyhimizə işləməsinə göz yumuruq.

Çünki indi bizim Qarabağ adlı problemimiz daha yoxdur. Özümüz gözümüzə soxub susdururuq özümüzü! Amma o silahlar öz başına işləmədi, o yerlər qansız alınmadı. O yerlərin qayıtması üçün 1988-ci ildə bəri demoqrafik sayımızı qurban vermişik.

Hər kəs gündəm olmaq üçün məqam gözləyir, günlərlə kiminsə cəhəngsiz ağzından tökülən mənasız horranı qaşıqlayıb ətrafa yayırlar. Özümüzün yaratdığımız bədbəxt kütlə qəhrəmanları o qədər artıb ki aramızda... hər şey haqqında o mütləq danışmalı, mövqe göstərməlidir kimi bir gözlənti var kütlədə tutuquşuluq etmək azartına görə. Kütlənin etalon qəhrəmanları!.. Hamı hamını tənqid edir, lağa qoyur, hansı ki, o səviyyəsiz, pozğun deyib rəylərdə söydüyümüz müğənniləri borca, nisyəyə girib, özümüz toylarımıza çağırıb varlandırıq. Hər yerdə də sinəmizi qabardıb yaxamızın düymələrini açıb fəxrlə "ayə, oğlumun ya qızımın toyuna filankəsi gətirmişdim e"...

64 yaşlı kişi 4 yaşlı uşağa təcavüz edir rəylərdə uşaq qızıb deyirlər! Hansı hamımızın ətrafında 4 yaşlı uşaq var və o 4 yaşlı uşağın nəyi necə nə qədər hiss etdiyini, beyin, yaddaş ölçüsünün nə boyda olduğunu əla bilirik. Ən azından o uşaqlıq dövrü mərhələsini özümüz də keçmişik. O yarğılayıcılar heç dönüb öz evlərindəki eyni yaşdakı uşağa baxmırlar, baxmadan da mühakimə edirlər!

Sağalın cənablar, sağalın, çünki nəsliniz davam edir...