13 yaşlı qız axtarılır 

HÜQUQ 13:36 / 21.05.2023 Baxış sayı: 2047

 

Tovuzda itkin düşən şəxs axtarılır.

Yenises.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

"Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur" - deyə məlumatda qeyd olunub.