Yağış aram -aram - yazdı Adilə Səfərova
Yağış aram -aram ,
yağış inadla
mizrabın saralan yarpağa çəkir,
soyuqdan üşüyən körpə ümidlər
bəlkə də vüsalın
həsrətindədir...
Açıb əllərimi mavi səmaya
nurundan bir udum pay istəyirəm
Xəbisin, nakəsin çirkin könlünə
yağış damlasından nur istəyirəm..