Məmməd Qədir - Nə günahı var

Ədəbiyyat 13:00 / 02.04.2026 Baxış sayı: 391

 

Sinəndə tufan qopubsa,

Küləyin nə günahı var?

Yazı Tanrı hökmündədir,

Lələyin nə günahı var?

Gəldik ömrü uduzmağa,

Nə var ötəni yozmağa,

Savab tapmırsa yazmağa,

Mələyin nə günahı var?

Günəş doğurmur sabahın,

Tanrıya yetişmir ahın,

Xəlbirdən keçmir günahın,

Ələyin nə günahı var?

Bəxt atarlar, hara düşməz?

Nədən mənə sıra düşməz...

Çox sevdalar bara düşməz,

Leyləyin nə günahı var?

Gecikdi baharın sənin,

Yetişmədi barın sənin,

Vəfasızdl yarın sənin, -

Taleyin nə günahı var?!