Bəhram Bilaloğlu - Ömrümə gün yazılmayıb
Ömrümə gün yazılmayıb,
Ruhum mizan gəzir hələ.
Dərinləşir fikirlərim,
Ahım nəfsə dözür hələ.
Qollarım nilə bənzəyir,
Əlləri lildə açıram.
Durulmayan suyum mənim,
Təbimin eşqi saçıram.
Qidam torpaq, gücüm eşqdir,
Yaşadan var, yaşayan var.
Ömrə vəfa eyləyənim,
Axar suyu daşıyan var.
Nəzərində hiss edirəm
Varlığı da, sağlığı da.
Rəng verməyə hər imkanı,
Yaratmağa dağlığı da.