Xəyalə Sevil - Sabaha qədərdi bu günün ömrü
Ədəbiyyat
20:25 / 16.08.2026
Baxış sayı: 376
Sabaha qədərdi bu günün ömrü,
Nolar, sıxılaram bu aralıqda.
Sonra kimsə gələr, ya nəsə olar,
Təzə həyatlar qurular
Köhnə xarabalıqda.
Hərə bir tərəfdən getsin,
Qoy bir az azaltsın məni.
Kimin əlindəyəmsə,
Lap uzağa atsın məni.
Geri qayıda bilməyim,
Mən özümü tanıyıram, İlahi,
Öldür içimdəki mərhəmətimi,
Diri qayıda bilməyim.
Bu nə ilkdi, nə də sondu,
Hələ ömür var qabaqda.
Axx, məni incidən nəsnə,
Axx, məni ağrıdan adam,
Bax daa!