Xatirə Rəhimbəyli - Ölü dənizəm indi
Ədəbiyyat
14:00 / 16.08.2026
Baxış sayı: 512
Quruyub göz yaşlarım,
Duzam başdan-ayağa...
Azrularım göyərib
Ümidlərim bitmədi,
Gərək bu demyə qəlbi
Qazam başdan-ayağa
Heç zaman əyilmədim,
Bütün istəklərimi
Ayaqdan başa gəzdim,
Tapmadım ...
Indi gərək
Gəzim başdan-ayağa.
Zülmə asi olmadım,
Bu səbrim yıxdı məni...
Ah,ömrümü puç etdi
Dözüm başdan-ayağa...
İndi bir od parçası,
Bir az vulkan kimiyəm.
Bir az inqilab kimi,
Bir az üsyan kimiyəm,
Bir azca meh kimiyəm,
Alovlanıb yanmağa
Közəm başdan-ayağa