Xəyalə Sevil -Bir balaca qız var, qalıb keçmişdə.
Axır vaxtlar tez-tez dönüb baxıram,
Bir balaca qız var, qalıb keçmişdə.
Kim nə bildi nəyi necə yaşadı,
Gör nə boyda bir ömür var bu işdə?
Axır vaxtlar tez-tez dönüb baxıram,
Yağış yağır, külək keçir üstümdən.
Nə görünür, nə duyulur, amma ki,
Bir yaralı ürək keçir üstümdən.
Axır vaxtlar tez-tez dönüb baxıram,
Baxıram ki, uzaqlaşır getdikcə.
Gözlərimin rəngi, nuru azalır
Uşaqlığım gözlərimdən itdikcə…