Xatirə Rəhimbəyli :-  Tale qoymadı...

Ədəbiyyat 08:25 / 06.08.2025 Baxış sayı: 2430

Tale qoymadı görəsən

İçimdəki o şən qızı.

Sən görəndə bəxt döymüşdü

O gülüşü gülşən qızı.

Qorxdun gözündəki yaşdan,

Oxumadın onu başdan.

Sən görəndə ehtiyacnan,

Savaşan, döyüşən qızı.

Vurdumu ALLAH sərindən,

Sındımı incə yerindən,

Kim saldı ki nəzərindən,

O gözündən düşən qızı?!!

Qəlbini ALLAHla düz tut,

Nə xeyri, unutma, unut

O gözləri qara bulud,

O ürəyi şişən qızı...

Xatirə də baxdı, keçdi,

Ömür keçib, gördü, gecdi,

Bir ağlağan ömür seçdi

O sevincək, o şən qızı

O gülüşü gülşən qızı.

Əğyar sözüylə yarının

Gözlərindən düşən qızı,

Göz yaşı içinə axıb

O ürəyi şişən qızı,

O bağrı bişən qızı...

Oxumadın onda başdan

Bəxtiylə döyüşən qızı...