Xatirə Rəhimbəyli - SƏNİ SEVMƏK GÜNAHMIŞ…
Ədəbiyyat
10:19 / 13.03.2026
Baxış sayı: 196
SƏNİ SEVMƏK GÜNAHMIŞ…
Suç üstdə yaxalandım …
Bir dəlil-sübut kimi
Alındı eşqim , andım …
* * *
İllər uzunu çəkdi
Araşdırma ,təhqiqat .
Ən ağır cəza kəsdi
Mənə bu zalım həyat
* * *
Qəmin boynumda zəncir ,
Mənə məhbəsdir komam .
Eh,o gündən ömürlük
Yaşamağa məhkumam