Fərhad Tapdıqoğlu - "Görüş var bir ömrü versən də ,azdır"

YAZARLAR 09:55 / 13.03.2026 Baxış sayı: 176

 

 

(hekayə)

Rəşid kişi yuxu gör-dü.Yuxusunda kəndlərini gör-dü. 1993-cü ilin yayına qədər yaşadıqları kəndlərini...Kəndlərində 120 hektar sahədə yerləşən üzümlüyü gör-dü.

Təbriz,ağadayı,muskat,

ağ şanı,qara şanı,rekazetelli,kişmiş,seyrəkgilə üzümləri...

Üzümlükdə Günəş işığında "alışıb-yanan"üzüm salxımlarını gör-dü, doyunca baxdı,hər növ üzümdən bir neçə gilə yedi...

Yuxudan oyandı,nə kəndləri vardı,nə üzümlüklər...

...Artıq dan yerinin qızartısı göz oxşayırdı. Həyətindəki çardaqdakı üzümlərə baxdı Rəşid kişi, üzümlərə dən düşdüyünü gör-dü.

Günəş başını "yatağından qaldırırdı".Deyirlər ki,Günəş öz işığında bütün canlıları gör-ür. Təbii ki,Rəşid kişini də gör-dü Günəş,çardaqdan sallanan üzümləri də..

Rəşid kişi darvazadan çölə çıxdı.Küçədə gəzişən insanları gör-dü ...baxdı...baxdı...

Birdən kimi gör-sə yaxşıdır?!

Kəndləri işğal olunandan bir neçə gün sonra ,o beş nəfərlik ailə üzvləri ilə köhnə toyuq hinində yaşayanda onları oradan çıxaran Hikmət kişini...

Hikmət kişi yaxınlaşdı,gör-üşdülər.

Artıq bir-birlərinə 25 ildən artıq bir müddətdə dost olan,qardaş olan insanlar...

Hikmət kişi 1993-cü ildə rayonlar ard-arda işğal olunanda bir qaçqın ailəsini tapıb Sumqayıta gətirmək ,ona kömək,dayaq olmaq istədi.

Soraqlaşıb,çox çətin şəraitdə yaşayan Rəşidi tapdı və çətinliklə də olsa,onların razılığını alıb ,gətirib bağ evinə yerləşdirdi.

Hər cürə şəraiti olan bağ evi ,Rəşidin kənddəki ,indiki imarətlərdən heç də geri qalmayan evi kimi olmasa da,xoşuna gəldi.

Bağda da iş gördü."Qul bazarında "da ...Bazarda göyərti də satdı,maşınlardan yük də boşaltdı.Bir sözlə 'satıcı " da oldu,fəhlə də...boş -bekar qalmadı,iş gör-dü...

Beləliklə, balalarını da böyütdü...yaxşı günlər də yaşadı,gör-dü...

"Gecəqonduda" uçastkovunu ( sahə müvəkkilini) də "gör-dü",özünə bir ev "qaraladı"...

"Qaraladığı " ev indi kiçik,rahat villadı.Bağçasında meyvə ağacları da var,üzüm çardağı da...

Amma nə olsun ki...demək olar ki,hər gecə yuxusunda kəndlərini gör-ür...

Uşaqlarını da yerbəyer eləyib Rəşid kişi.Uşaqlarının necə deyərlər "heçləri ayrı,köçləri ayrıdır", yanında təkcə sonbeşik oğlu qalır.

Yaşadığı illər ərzində hər cürə insanlar gör-üb: əməlbaşı( yüz oyundan, əməldən çıxanlar) ,"qırx qazanın damazlığı " olanlar da,maxlavayı( aciz,əfəl) insanlar da.

Amma hamıynan yola gedib,hamını yola verib Rəşid kişi.

Ona kömək olan ,yardım edən, dəstək verən Hikmət kişini unuda bilərmi Rəşid kişi?!

Rəşid kişi Hikmət kişinin simasında xilaskarını,dünyanın ən yaxşı adamını gör-ür.

Rəşid kişi Hikmət kişini evə dəvət elədi.

Hikmət kişi dəvəti qəbul elədi.Amma bir balaca işi olduğundan "JEK"-ə (MİK) dəyib,rəisi gör-üb ,sonra evdən yoldaşı ilə gələcəyinə söz verdi.

Rəşid kişi "qarısına " tədarük gör-məyi tapşırdı.

Gəlin-qaynana ev işlərini gör-üb qurtarandan sonra "biş-düş"lə məşğul oldular.

...Hikmət kişi həyat yoldaşı ilə Rəşid kişi gilə gəldi.

Çay süfrəsi,ardınca gözəl nahar süfrəsi...Şirin -şirin söhbətlər,xatirələr dil açdı...

Hikmət kişi Rəşid kişidən xahiş elədi ki,bir az gənclik illərindən danışsın.

Rəşid kişi söhbətə başladı:

-- Orta məktəbi bitirəndən sonra kənddə qaldım.Sovxozda işlədim.

Hərbi xidməti bitirəndən sonra bu xanımımı gör-düm ,sevdim ,necə deyərlər "göz gör-dü,könül sevdi ",ailə qurdum.Uşaqlarımı da Siz kişik yaşlarından gör-ürsünüz.

Həə,1969-70-ci illərdən bildiyiniz kimi respublikamızda üzümçülük inkişaf etməyə başladı.Mən də elə o illərdən üzümçülükdə işləmişəm,ta qaçqın-didərgin düşənə kimi...

Hikmət kişi Rəşid kişinin sözünü kəsdi:

-- Rəşid,kişik kürəkənim rayonların birində icarəyə xeyli torpaq götürüb.Üzümlük salmaq istəyir.Sən üzümün əkilməsindən, yığılmasına qədər gör-ülən işlərdən danış,maraqlıdır.Mən səsini telefona yazacam.

Bilirəm ki,sən kənd təsərrüfatı texnikumunu qiyabi bitirmisən .Briqadir köməkçisi,sonra isə briqadir işləmisən,üzümçülük briqadiri.

Rəşid kişi davam elədi:

-- Torpaq əvvəl yetmiş santimetr dərinlikdə şumlanır.Traktorun arxadına 3 tonluq su çəni qoşulur.Su çənindəm çıxan dörd ədəd rezin borularla içərisi boş olan ling( lom) bərkidilir.Traktor kiçik sürətlə hərəkət edir.Hər lingi bir nəfər idarə edir.Ling torpaqda yuva açır,yuvaya nəmişlik üçün bir litr su buraxılır.3 ya 4 gün suda saxlanılan üzüm tingləri yuvaya qoyulur ,təxminən əlli santimetrlik uzunluq yuvada, iyirmi santimetrlik uzunluq isə bayırda qalır.Başqa bir linglə( lomla) yuvanın ətrafı bərkidilir.

Sonra hündürlüyü iki metr yarım olan beton dirəklər basdırılır,dirəklərin arası üç metr olur.Dirəklərə üç cərgə,üç millimetrlik yumşaq məftil çəkilir.Tinglər böyüdükcə məftillərə dırmaşır.İki cərgənin arası texnikanın işləməsi üçün üç metr olur.Basdırılan tinglərin arası bir metr ,iyirmi beş santimetr olur.Üzüm iyunun əvvəlində çiçıkləyir,

ən tez yetişən Təbriz sortu isə iyulun 20-dən sonra bar verir.

Aqrotexniki qulluq: ketmən ,kultivasiya işləri aparılır.Göydaş məhlulu ilə,kükürdlə dərmanlanır.

Kəndimizdə olan üzümlüyün becərilməsində əlli-altmış nəfər çalışırdı.Amma yığımda məktəblilər də cəlb edilirdi

Hər il ən azı üç yüz ton üzüm yığırdıq.

Yenə nəsə lazımdır,soruş deyim.

Ola bilsin indi daha təkmilləşmiş üsullar var üzümçülükdə.

Hikmət kişi:

--Mən istəyirəm dədə-baba üsulu ilə əkək,becərək. Qaçqınlıqdan əvvəl camaat necə dolanırdı? Əvvəllər danışmısan ,yadımdadır.Yenə danış.

Rəşid kişi:

-- Hamının ikimərtəbəli evi,evlərdə mavi yanacaq ,hamam,hər qapıda ya yük,ya da minik maşını.Hər qapıya içməli su da çəkilirdi.Hamının həyətində su quyusu vardı.Subartezian quyusu,kənddən azca aralıda kəhriz,bağ-bağat...

Nə deyim,bəy kefində dolanırdıq .Demək olar ki,hamının "əmanət kitabçasında dar gün üçün" pulu vardı.Təəssüf ki, o pulların əsas hissəsi 1992-ci ildə ,1993-cü ilin əvvəllərində əmanət kassasına qoyulduğundan ,"əmanətə xəyanət edib,o pulları qaytarmadılar.

Yaxşı dolanmağımızın bir səbəbi fərdi təsərrüfatlarımı genişləndirməyimiz idi.

Bax belə...

Üzüm becərilməsində işləri briqadir olsam da,mən özüm də gör-ürdüm.Heç vaxt işləməkdən qorxmamışam.

Hər savertə( səhər erkən ) sahəni gəzirdim.Hər işçinin səhvini suratına ( sifətinə,üzünə ) deyirdim.

...Hikmət kişi ilə Rəşid kişi çox söhbətləşdilər.Şirin söhbətlərin ardınca ,dadlı yeməklərdən ibarət süfrəni gör-mək ,onlardan dadmaq ləzzət edirdi...

Yeməkdən sonra süfrəyə qaj-qaj ( dairəvi ) doğranmış alma da gəldi,yenicə dənzərmiş üzüm də.

Çətin günlərin dostlarını belə mehriban gör-mək məncə hər kəsə xoş olardı

Zəlimxan Yaqub demiş:

"Gör-üş var,bir ömrü versən də azdır,

Gör-üş var getməyə adam can çəkir,

Gör-üş var fərəhi sığmır illərə,

Gör-üş var şadlığı bircə an çəkir"

Rəşid kişi ilə Hikmət kişinin gör-üşü "sevinci illərə sığmayan "gör-üş idi...

Milli dəyərlərimizin "arxivə " qoyulduğu bir zamanda , həyatda nə yaxşı ki, Hikmət kişi kimi,Rəşid kişi kimi insanlar hələ də qalır.

Dostluqda ,etibarlı,sədaqətli insanlar.

Vallah ,gör-ə -gör-ə gəlmişik.

"Düz baxan,düz gör-ər deyiblər.

Doğrudur ,bəzən "göz gör-düyündən qorxur".

Amma yaxşını,düzü gör-ə bilməyən ,bəlkə də gör-mək istəməyən gözlər kor kimidir...

P.S.Mən öz doğma yurd-yuvalarında hər cür şəraitləri,mülkləri olan zəhmətkeş insanlar da gör-müşəm ,vəzifəli insanlardan dostlarım da olub.

O illər demək olar ki,hamı bərabər səviyyədə yaşayırdı.

O insanlardan çoxları indi burda da özlərinə ev-eşik qurublar,mal-mülk sahibidirlər.

Təəssüf ki,"meşədə çaqqallar "da olur,onları da gör-ürük...

(Həə,şükürlər olsun torpaqlarımız işğaldan azad olunub.

Amma nə o kənd var,nə o evlər,nə üzümlük,nə bağlar,bağçalar...ümumiyyətlə quru torpaqdan başqa heç nə...

Gör-ünür tarixdə kəndimizin ancaq adı qalacaq...)

Mənə də Sizinlə oxuduğunuz bu yazımla gör-üşmək nəsib oldu.

Şükürlər olsun bizi Yaradana!