Kəramət - Bağışla, İzmirə gələ bilmədim...

Ədəbiyyat 09:33 / 13.03.2026 Baxış sayı: 140
Bağışla, İzmirə gələ bilmədim,

Göy-gölə getdim.

Xatirə sərxoşu oldum,

sonra heç özümə gələ bilmədim.

Gül, gülə bildiyin qədər,

gülməli halıma.

Bəlkə İstisuya getdim, Masallıya

Vaxtın olsa, gələrsən

bu günlər həyat zənci saçı -

qarışıq, hava udunca hamı sərxoş

ömür keçdi,

Doyunca ağlaya-gülə bilmədim,

Bağışla, İzmirə gələ bilmədim.

 

 2022.