Əli Hacı Ağaevli - OLMASIN

Ədəbiyyat 09:28 / 13.03.2026 Baxış sayı: 156

 

Bizi göydən yerə salan,

Görüm yerin yer olmasın.

Dar oldu bizim yerimiz,

Sənin yerin dar olmasın .

 

Bildiyi yaxını dağdı,

Qar birinci ora yağdı.

O,dağlara düz dayağdı

Qoy,başında qar olmasın !

 

Öz şəklimə bükdüm qəmi,

Siqar kimi çəkdim qəmi !

Gözümə götürdüm ölümü,

Mənə bənzər yar olmasın !

 

Ayaq suda,baş aranda

Dili asdım söz darından !

Taleh bizi qaldıranda,

Endirəndə ar olmasın !

 

TANRIM ! Sənə dua etdim,

Olmağı imzan götürdüm !

Sağ ol gəldim,sağ ol getdim

Sənin yerin dar olmasın !