Xatirə   Rəhimbəyli : -  Səni

Ədəbiyyat 09:41 / 10.10.2024 Baxış sayı: 1812

 

Bu ömür deyilən nədir ki sənsiz,

Bildim sonum səni,əzəlim səni.

Unutdum mən bütün gözəllikləri,

Təkcə səni bildim gözəlim ,səni..

 

Sən necə adamsan...

necə..ax...adam?

Yıxdın bir ömürü necə,bax,adam.

Özümü unutdum,səni yox,adam

Unuda bilmədim,a zalım,səni.

 

Gəlmədi eyninə bunca həzin səs,

Niyə hay vermədim,ay qədir bilməz?

Elə hey kövrəkcə,elə lal-dinməz

Oxşadı şeirim,qəzəlin səni...