Xatirə Rəhimbəyli - Olan yerə ( Qəzəl)
Tabım-təvanım qalmadı ,gəl gedək yar olan yerə ,
Kin-küdurət viran olub məhəbbət var olan yerə.
Vəfa deyib cəfakeşi , bietibarı görmüşəm ,
Ürək dözmür tab gətirəm insanlıq xar olan yerə .
Ruhun qidası sözdü, söz ,bu səhrada bişdi könül ,
Apar məni mənaları budaqda bar olan yerə
Dəvələri görürəm ki,gedirlər xər arxasında ,
Qartalları görürəm ki, dustaqdı sar olan yerə.
Bu məzlumu sən zalıma niyə yazdı tale yazan ,
Payızgözlü duyğularım həsrət bahar olan yerə ..
Əğyar əğyarə tuş gələ ,aşiq məşuqa rast ola ,
İncə qəlblər tən gəlməyə nalə, qübar olan yerə .
Dövran əlində acizəm ,Xatirə bir mədəd eylə ,
Qoyma könül boyun əysin düşüncə dar olan yerə
30.05. 2013